Son yeniləmə: 15 Mart 2023 14:01
Emin Həsənli: Türk dövlətləri QHT-lərinin də vahid bir platformada çıxış etməsinə ehtiyac var
BAYRAQDAR MEDİA – “Son illər türk dünyası vahid bir halda inamlı addımlar atır. Xüsusilə də Türk Dövlətləri Təşkilatı çərçivəsində atılan addımlar, qəbul edilən qərarlar birliyimizi daha da gücləndirir. Lakin hələ atılması vacib olan addımlar da var”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli deyib.
Onun sözlərinə görə, bu gün türk dövlətlərinin bir çox sahələrdə birgə fəaliyyətinə ehtiyac var: “Təbii ki, biz mədəniyyət nazirliklərinin ortaq fəaliyyətini, parlamentlərarası və hökumətlərarası fəaliyyəti, dövlət başçıları səviyyəsində əməkdaşlığı yüksək qiymətləndiririk. Lakin dediyim kimi, bunlar nə qədər yaxşı olsa da, birliyimizin digər sahələrdə də möhkəmlənməsi üçün atılamalı olan addımlar var. O cümlədən QHT sahəsində”.
E.Həsənli bildirib ki, bu gün türk dövlətləri QHT-lərinin də böyük və vahid bir platformada çıxış etməsinə ehtiyac var: “Həm türk dünyasının haqq işinin beynəlxalq aləmə çatdırılması baxımından, həm inteqrasiya, həm də bir-birinə dəstək olmaq baxımından belə bir platformanın olması vacibdir. Biz bunun olması üçün əlimizdən gələni etməyə hazırıq. Hesab edirəm ki, yaxın zamanlarda müəyyən addımlar atılacaq və Azərbaycanın QHT platforması bu məsələdə öncül yerlərdə olacaq”.