BAYRAQDAR MEDİA – Martın 15-də Prezident İlham Əliyev Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında Sərəncam verib.
Xəbəri Prezidentin Mətbuat xidməti yayıb.
Qeyd edək ki, martın 14-də Anarın 85 yaşı tamam olub və o bu münasibətlə çoxsaylı təbrikləri qəbul edir. Əlbəttə ki, Prezident İ.Əliyev də görkəmli yazıçı və ictimai xadimi belə bir gündə diqqətdən kənarda qoya bilməzdi.