Press "Enter" to skip to content

Novruz bayramı ilə bağlı tətil günləri

Elm və Təhsil Nazirliyi

BAYRAQDAR MEDİA – Nazirlər Kabinetinin “2023-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” müvafiq qərarına əsasən məktəblərdə tətil günləri açıqlanıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya martın 15-də Elm və Təhsil Nazirliyindən daxil olub.

Xəbərdə bildirilir ki, “beşgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində son iş günü 17 mart, bayramdan sonra ilk iş günü 27 mart, altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində isə son iş günü 18 mart, bayramdan sonra ilk iş günü 25 mart tarixlərində olacaq”.

Qeyd edək ki, bu qərar ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.

Mission News Theme by Compete Themes.