Son yeniləmə: 15 Mart 2023 15:11
BAYRAQDAR MEDİA – Bosniya və Herseqovinanın dini lideri Hüseyn Kavazoviç bu ölkədə müsəlmanlara qarşı artan qorxu və nifrət hisslərini narahatlıqla izlədiklərini söyləyib.
Balkan News xəbər verir ki, H.Kavazoviç Beynəlxalq İslamofobiya ilə Mübarizə Günü münasibətilə yaydığı bəyanatda gündəlik araşdırmalar nəticəsində bu qənaətə gəldiklərini bildirib.
Onun sözlərinə görə, istər iqtidarda, istərsə də müxalifətdə bəzi siyasi dairələr islamofobiyadan səs almaq üçün istifadə edirlər: “Onlar dövlət qurmaq və vətəndaşlarına yaxşı nümunə göstərmək əvəzinə müsəlmanlara qarşı qorxu və nifrət yayırlar”.
Nifrət ifadəsinin ifadə azadlığı çərçivəsində qiymətləndirilə bilməyəcəyinə işarə edən H.Kavazoviç ifadə azadlığının inanclara hörmət çərçivəsində qalmasının lazım olduğunu bildirib.