Son yeniləmə: 15 Mart 2023 16:00
BAYRAQDAR MEDİA – Doğu Türküstanlıların Kayseridə yaratdığı Göy Bayraq Platforması, Kahramanmaraş zəlzələlərinin ikinci günündən etibarən bölgədə yardım fəaliyyətlərini davam etdirir.
Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.
Bildirilib ki, Platforma zəlzələ qurbanlarının qida ehtiyaclarını qarşılamağa çalışarkən, digər tərəfdən onların sığınacaq ehtiyacları üçün çadır şəhərciyi qurub.
Platformadan verilən açıqlamada deyilib ki, bölgədə zəlzələdən zərərçəkənlərin isti yemək, geyim və digər ehtiyaclarının təmin edilməsi istiqamətində işlər aparılıb.
Hazırda Kahramanmaraş mərkəzinin Muhsin Yazıcıoğlu parkı ərazisində 50-dən çox çadırın qurulduğu bildirilib.
Həmçinin qeyd olunub ki, onlar bundan sonra da Ramazan və bayram aylarında zəlzələ qurbanları ilə bir yerdə olacaqlar. O da qeyd edilib ki, Gök Bayrak Həmrəylik Platformasının çadır şəhərciyi tikinti prosesi
Doğu Türküstan Gənclər Dərnəyi və Türkməneli Beynəlxalq Yardım Dərnəyinin ortaqlığı ilə həyata keçirilib.
📌 Doğu Türkistanlılar, Kahramanmaraş'ta depremzedeler için çadır kent kurdu
🔗 https://t.co/Og1ZNdv2aR pic.twitter.com/jNJCcrKLkx
— QHA – Kırım Haber Ajansı (@qha_kirimhaber) March 14, 2023