Son yeniləmə: 15 Mart 2023 09:43
BAYRAQDAR MEDİA – Bəhreyndə keçirilən Parlamentlərarası İttifaqın 146-cı Assambleyasında digər ölkələrin bayraqları ilə yanaşı Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) bayrağının da olması Güney Kıbrısda əks-səda doğurub.
Bu barədə Kibris Postasi məlumat yayıb.
Məlumatda deyilir ki, yunan mətbuatı mövzuya geniş yer ayırarkən, “Cyprus Mail” “Bəhreyndə KKTC bayrağını dalğalandırdılar” deyə xəbər hazırlayıb.
Xəbərdə Kuzey Kıbrıs və Güney Kıbrıs millət vəkillərinin Bəhreyndə birgə toplantı keçirdikləri də xatırladılıb.