BAYRAQDAR MEDİA – 19-26 mart günləri arasında Naxçıvanda yerləşən “Əcəmi Seyrəngahı” Mədəniyyət və İstirahət Kompleksində “Novruz şəhərciyi” təşkil olunacaq.
Bu haqda xəbəri Naxçıvan Dövlət Xalça Muzeyi paylaşıb.
Xəbərdə bildirilib ki, “Naxçıvanda ilk dəfə təşkil olunacaq “Novruz şəhərciyi”ndə müxtəlif tamaşalar, rəqslər, oyunlar nümayiş olunacaq. Həmçinin milli təamlar, Naxçıvan istehsalı olan məhsullar, kənd məhsullarından fastfood-lar və s. təqdim olunacaq”.
Qeyd edək ki, proqram hər gün saat 10:00-22:00 arası keçiriləcək.