Press "Enter" to skip to content

NATO Rusiyanın dağılmasına hazır olmalıdır – VİDEO

Mişel Yakovleff

BAYRAQDAR MEDİA – Avropadakı NATO qüvvələri komandanının keçmiş müavini Mişel Yakovleff hesab edir ki, Rusiya Federasiyasının məhvi qaçılmazdır və buna hazır olmaq lazımdır.

M.Yakovleff həm də qeyd edib ki, NATO Rusiyanın dağılmasından sonrakı mərhələyə hazır olmalıdır.

Hazırda təqaüddə olan hərbi ekspertin fikrinə görə, Rusiyanın dağılması prosesi SSRİ-nin dağılmasından daha artıq qanlı olaylarla müşayiət ediləcək.

Ekspert bildirib ki, gedişat Rusiyanı 1973-cü il Livanının durumuna salacaq.

M.Yakovleff Ukrayna müharibəsində Rusiyanın uduzacağını, savaşın da daha tez və Ukraynanın ərazi bütövlüyü ilə başa çatacağını bildirib.

Qeyd edək ki, bütün bu fikirləri M.Yakovleff Fransanın “Air&Cosmos” jurnalının baş redaktoru, keçmiş hərbçi Ksavye Titelmana verdiyi geniş müsahibədə səsləndirib.

Videonun orijinalı

Mission News Theme by Compete Themes.