Press "Enter" to skip to content

Məktəblilər üçün yeni layihə

Bakı Şəhəri üzrə Təhsil İdarəsi

Son yeniləmə: 14 Mart 2023 13:43

BAYRAQDAR MEDİABakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən “Dəyərlərimizi qoruyaq!” layihəsinə başlanılıb.

Bu barədə BAYRAQDAR MEDİA-ya martın 14-də qurumun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, layihə çərçivəsində ümumi təhsil müəssisələrində “Heydər Əliyev İli”nə həsr olunmuş tədbirlərin təşkili, “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz”, “Milli-mənəvi dəyərlər və müasirlik” mövzularında şagird təqdimatlarının, məqalələrin hazırlanması, “Kiçik Akademiya”larda konfransların keçirilməsi, məktəblilərin tarixçilərlə görüşləri nəzərdə tutulur.

Eyni zamanda layihə çərçivəsində Novruz bayramına həsr olunmuş tədbirlər, “Açıq dərs”lər, sinif təşkilat saatları, “Dəyirmi masa”, diskusiya, mühazirə, intellektual müsabiqə, yarış və sosial aksiyaların, məktəblilərin əl işlərindən ibarət sərgilərin keçirilməsi, xalqımızın adət-ənənələrinin yer aldığı kinofilmlərin nümayişi, mənəvi dəyərlərimizi əks etdirən guşə və divar qəzetlərinin hazırlanması nəzərdə tutulur.

Məlumata əsasən, “layihə çərçivəsində məktəb kitabxanalarında “Dəyərlərimiz bədii ədəbiyyatda” adlı tədbirlərin, “Mətbəx mədəniyyətimiz” adlı kulinariya və “Milli musiqimiz xalqımızın milli dəyəridir” adlı milli musiqi günlərinin təşkili, aktyorluq bacarığı və səhnə mədəniyyətinə malik istedadlı şagirdlərin iştirakı ilə tamaşaların hazırlanması və nümayişi, “Dəyərlərimizi qoruyaq!” adlı festivalın keçirilməsi də planlaşdırılır. Həmçinin qədim tarixə malik milli idman növləri, milli xalq oyunları barədə maarifləndirmə tədbirləri, eləcə də müxtəlif idman növləri üzrə yarış və turnirlər keçiriləcək”.

Layihə çərçivəsində ümumi təhsil məktəblərində mövzuyla bağlı layihələrin, eyni zamanda müəllim və şagirdlər tərəfindən sosial videoçarxların hazırlanması da nəzərdə tutulur.

Mission News Theme by Compete Themes.