Press "Enter" to skip to content

İki ayda on mindən çox şəxsə reabilitasiya xidməti göstərilib

BAYRAQDAR MEDİAƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2023-cü ilin yanvar-fevral ayları ərzində 7,7 min şəxsə əlillik təyin edilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya martın 14-də nazirlikdən məlumat verilib.

Bildirilib ki, onlardan 3,7 mininə ilkin, 4 mininə təkrar əlillik təyinatı aparılıb. Əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir.

Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir.
Həmçinin Agentliyin reabilitasiya müəssisələrində əlilliyi olan 10,3 min şəxsə reabilitasiya xidməti göstərilib və 2,7 min şəxs 12,6 min reabilitasiya vasitəsi ilə təmin edilib.

Mission News Theme by Compete Themes.