Press "Enter" to skip to content

HÖH Partiyasının əsas hədəfi koalisiya ortaqlığıdır

Mustafa Karadayı

Son yeniləmə: 14 Mart 2023 18:12

BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, aprelin 2-də Bolqarıstanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Artıq iddialı partoyalar seçkilərə hazırlılqlara başlayıblar. Onlar arasında üzvlərinin əksəriyyəti türk və müsəlmanlardan ibarət olan Hüquq və Azadlıqlar Hərəkatı (HÖH) Partiyası da var.

Partiya seçkilrədn sonra qurulacaq kolasyada yer almağı hədəfləyir. Bunun bu günlərdə ölkənin quzey-doğusundakı Ruse bölgəsində keçiirlən görüşdə HÖH Partiyasının sədri Mustafa Karadayı deyib.

Balkan News xəbər verir ki, görüşdən sonra Anadolu Ajansına açıqlama verən partiya sədri öncə seçki kampaniya çərçivəsində görülən işlərdən danışıb.

Bu seçkilərdə “sağlam düşüncə, məsuliyyət və dialoq” şüarını seçdiklərini ifadə edən M.Karadayı daha sonra deyib: “İnşallah bu seçkilərdən sonra hökumət ortağı olacağıq və Bolqarıstanın ən böyük problemi olan siyasi böhranın həll edilməsinə kömək edəcəyik”.

M.Karadayı, kampaniya zamanı HÖH-nin millət vəkili namizədləri ilə birlikdə bütün Bolqarıstana səfər edəcəklərini bildirib: “Seçkidə məqsədimiz deputatların sayını artırmaq, Bolqarıstanda yaranmış siyasi böhrandan çıxmaq üşün seçkidən sonra qurulacaq hökumətdə təmsil olunmaqdır”.

Məlumata əsasən, Bolqarıstanda 240 yerlik parlamentdə 36 millət vəkili olan HÖH sədri ölkəni gəzərək mümkün qədər çox seçici birbaşa görüşməyə çalışacaqlarını bildirib.

Seçkilərdə səslərin xaricdə də verilə biləcəyini xatırladan M.Karadayı, xaricdə, xüsusilə də Türkiyədə yaşayan Bolqarıstan vətəndaşlarını HÖH dəstəkləməyə çağırıb.

Mission News Theme by Compete Themes.