BAYRAQDAR MEDİA – Güney Azərbaycanın Ərdəbil bölgəsindən olan və Tehranda yaşayan xanım fəal Tahirə Becrəvani İnqilab Məhkəməsi tərəfindən 18 aylıq həbs cəzasına məhkum edilib. Bu barədə onun yaxınları məlumat verib.
Xəbəri martın 14-də Azad İran Telegram kanalı yayıb.
Məlumatda heç bir sübut olmadığı halda Tahirə Becrəvaniyə qarşı “rəhbəri təhqir etmək” ittihamı irəli sürülüb.
Qeyd edək ki, xanım fəal 2022-ci il dekabrın 21-də Tehranın Qala Həsənxan bölgəsində iş yerində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək təcridxanaya salınıb.
O, bundan öncə 2019-cu ilin noyabr etirazlarında hökumət qüvvələri tərəfindən öldürülən həyat yoldaşı Əli Fətuhinin qətlinin araşdırılmasını tələb və “hakimiyyəti ittiham” etdiyinə görə həbs edilib.