Son yeniləmə: 14 Mart 2023 11:20
BAYRAQDAR MEDİA – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Cümhurbaşqanı Ersin Tatar İstanbulda Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi, səfir Kubanıçbek Ömuraliyev ilə görüşüb.
KKTC Cümhurbaşqanlığından verilən məlumata görə, təxminən 45 dəqiqə davam edən görüşdə E.Tatarı KKTC-nin Ankaradakı səfiri İsmət Korukoğlu və KKTC-nin İstanbul baş konsulu Seniha Birand Çınar müşayiət edib.
E.Tatar görüşdən sonra verdiyi açıqlamada, görüş barədə ətraflı məlumat verib.
O, həmçinin, martın 16-da Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının Fövqəladə Zirvə Toplantısında iştirak edəcəyini açıqlayıb.