Press "Enter" to skip to content

Britaniya səfirindən torpaq çərşənbəsində önəmli çağırış – VİDEO

Fergus Auld ticarət mərkəzində

BAYRAQDAR MEDİA – Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld özünün sosial media hesabında video paylaşaraq torpaq çərşənbəsi münasibətilə təbriklərini çatdırıb. Lakin maraq doğuran və diqqət çəkən əsas məsələ başqadır.

Səfir bu bayram müraciətindən istifadə edərək Azərbaycanda plastik torbalardan imtina istiqamətində atılan addımı təqdir etdiyini də dilə gətirib.

F.Auld ticarət mərkəzlərindən birində bayram alışı edərkən özüylə gətirdiyi torba ilə diqqət çəkib. O, aldığı məhsulları gətirdiyi plastik olmayan torbaya yığaraq plastikin torpağa nə qədər zərərli olduğu haqqında maarifləndirici fikirlərini səsləndirib.

Mission News Theme by Compete Themes.