Press "Enter" to skip to content

Azərbaycan səfirlikləri ciddi tənqid edildi – VİDEO

Asif Mərzili və Azər Həsrət

Son yeniləmə: 16 Mart 2023 09:54

BAYRAQDAR MEDİA – Bir neçə gün öncə qardaş Qırğızıstandakı internet saytlarından biri Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı qanunsuz və şübhəli material paylaşmışdı. Məsələ “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzilinin diqqətini çəkmiş, o da həm sayta, həm Azərbaycanın Bişkekdəki səfirliyinə, həm də Qırğızıstanın Bakıdakı səfirliyinə müraciət etmişdi. A.Mərzili əlavə olaraq Azərbaycanın Xarici İşlər Nazirliyini də məlumatlandıraraq məsələni ictimailəşdirmişdi.

Eyni zamanda BAYRAQDAR MEDİA-nın baş redaktoru Azər Həsrət də məsələylə bağlı Qırğızıstanın Bakıdakı səfiri Kayrat Osmonaliyevlə əlaqə saxlayaraq məsələdən agah etmişdi.

Sonrakı araşdırmalar sonucu məlum olmuşdu ki, sözügedən material hətta qırğızdilli resurslarda da geniş yayımlanıb. Bu materialda tam açıq şəkildə “Dağlıq Qarabağ Respublikası” ifadəsi işlədilir, bu qondarma qurum beynəlxalq hüququn subyekti kimi təqdim edilir.

Məsələ geniş rezonans doğurduğu üçün A.Mərzilinin təklifi ilə Azər Həsrət “Təzadlar” TV-yə dəvət edilib. Mövzu ətrafında geniş müzakirə aparılıb və A.Həsrət belə halların əsl səbəbkarının çox vaxt Azərbaycan səfirliklərinin olduğunu bildirib. O, təəssüflə qeyd edib ki, Azərbaycan səfirlikləri uyğun və gərəkli şəkildə iş qura bilmədiyi üçün hətta qardaş ölkələrdə də belə xoşagəlməz hallar müşahidə edilir.

Mission News Theme by Compete Themes.