Press "Enter" to skip to content

“Əlim səndə” aksiyasının ikincisi Lefkoşada keçirilib

Son yeniləmə: 14 Mart 2023 14:19

BAYRAQDAR MEDİA – Zəlzələ bölgəsindən olan uşaqlar üçün “Əlim səndə” aksiyasının ikincisi Lefkoşada keçirilib

Bu barədə Kibris Postası məlumat yayıb.

Məlumatda deyilir ki, aksiya Kıbrıs Vəqflər İdarəsi, Evkaf Xeyirxahlıq Könüllüləri və Yunus Emre İnstitutu ilə əməkdaşlıq çərçivəsində Türkiyənin Lefkoşa səfirliyinin himayəsi altında keçirilib.

Yunus Emre İnstitutunun həyətində baş tutan tədbirdə uşaqlar üçün üz boyama, rəsm çəkmə və müxtəlif küçə oyunları təşkil olunub.

Tədbirdə mətbuata açıqlama verən Türkiyənin Lefkoşa səfiri Metin Feyzioğlu zəlzələ bğlgəsindən olan uşaqların üzündə təbəssüm yaratmaq və onların ailələrinə mənəvi dəstək olmaq zərurətinə diqqət çəkib.

Mission News Theme by Compete Themes.