Press "Enter" to skip to content

Əsas məqsədlərdən biri Azərbaycana yatırımların cəlb olunmasıdır

Rəşad Cabirli

Son yeniləmə: 14 Mart 2023 17:35

Rəşad Cabirli: Azərbaycana sərməyə qoyan, burada iş quran Türkiyənin iş adamları eyni zamanda ümumilkdə 300 milyon əhalisi olan bir coğrafiyada iş qurmaq imkanları əldə edir

BAYRAQDAR MEDİA – “Biz MUSAİD-Azərbaycan olaraq əvvəlcədən müəyyən etdiyimiz prinsiplər əsasında davamlı addımlar atırıq. Təbii ki, fəaliyyətimizin ana qayəsini təşkil edən prinsiplər içərisində Azərbaycan və Türkiyə iş dünyasının sahibkar iş adamlarını bir araya gətirmək, həmçinin qarşlıqlı investisiyaları təşviq etmək ön sırada dayanır. Daha dəqiq desək, biz daha çox Türkiyədən olan iş adamının Azərbaycana investisiya qoyması üçün var gücümüzlə çalışırıq. Elə Green Box Cafe, həmçinin, NFT Panel, PKS Doors və AzThermoKing markalarının Bakıda şöbələrinin açılışı da həmin fəaliyyətimizin nəticəsidir”.

Rəşad Cabirli (öm sırada saöda birinci) Bakıdakı açılış mərasimində
Rəşad Cabirli (öm sırada saöda birinci) Bakıdakı açılış mərasimində

Bunu BAYRAQDAR MEDİA-ya özəl müsahibəsində MÜSAİD-Azərbaycanın İdarə Heyətinin sədri Rəşad Cabirli deyib. Yeni açılan şöbələr haqqında məlumata keçməzdən öncə R.Cabirli deyib ki, 2018-ci il yanvarın 1-də fəaliyyətə başlayan MÜSİAD-Azərbaycan hazırda müxtəlif sahələrdən olan 76 üzvü ilə 3 min 750 nəfər işçiyə iş imkanı verməkdədir: “MÜSİAD-Azərbaycan 10 nəfərlik İdarə Heyəti və 5 komissiya ilə fəaliyyətini davam etdirir. 76 üzvdən 30-i Türkiyə vətəndaşı, 46-u Azərbaycan vətəndaşıdır”.

Aparılan danışıqlar öz bəhrəsini verir

Müsahibəsində 2021-ci ilin noyabrında Azərbaycanda Beynəlxalq Biznes Forumunun (IBF- İnternational Business Forum) keçirildiyini də xatırladan R.Cabirli deyib ki, məhz həmin tədbir çərçivəsində aparılan danışıqların, irəli sürülən təşəbbüslərin bəhrəsini görməyə başlayıblar: “Bildiyiniz kimi İBF çərçivəsində Azərbaycana 35 fərqli ölkədən 550 iş adamı gəlmişdi. Bu gün Bakıda şöbələri açılan şirkətlərin təmsilçilçisi, həmçinin, MÜSİAD Seydibey başqanı Yasir Dumlupınar da Azərbaycan məhz həmin Forum zamanı gəlmişdi. Biz Forum çərçivəsində həm onlarla, həm də Türkiyədən olan, lakin Azərbaycana investiya qoymayan digər şirkətlərin təmsilçiləri ilə səmərəli danışıqlar apardıq. Azərbaycana investisiya qoymağın yaradacağı imkanlar barədə onlara geniş məlumat verdik. Öz növbəsində Y.Dumlupınar ətraflı olaraq Azərbaycandakı investisya imkanları ilə maraqlandı. Bu marağın və fəaliyyətimizin bəhrəsini də hazırda görürürük”.

Azərbaycana sərmayə qoyan türk iş adamı iki sahədə imkan əldə edir

Fikirlərini davam edən müsahibimiz, “yuxarıda da qeyd etdiyim kimi MÜSİAD-Azərbaycanın əsas məqsədlərindən, prioritetlərindən biri Azərbaycana investisiyaların cəlb olunmasıdır. Bu istiqamətdə fəaliyyətlərimizi davam etdiririk. Təbii ki, bu gün edilən açılışlar həmin fəaliyyətlərin heç də hədər getmədiyini təsdiqləyir. Bundan sonra da bu şöbələrin filiallarının sayını artırmağı planlaşdırırlar” deyib.

R.Cabirli qeyd edib ki, Azərbaycana sərmayə qoyan türk iş adamı iki sahədə imkan əldə edir: “Əvvəla Azərbaycanda gözəl, münbit sərmayə qoymaq imkanı var. Hər bir iş adamı qanunlar çərçivəsində burada rahatlıqla sərmayə qoya, öz işini qura bilər. Türkiyədən olan iş adamlarına gəlincə, onlar üçün durum daha da əlverişlidir. Bura onların öz vətənləri kimdir. Burada dil problemi də yoxdur. Bir məqamı da xatırlatmaq istəyirəm. Biz İBF zamanı da demişdik ki, əsas şüarımız “300 milyon insanı əhatə edən coğrafiyada iş imkanları”dır. Yəni biz burada onu nəzərdə tuturuq ki, Azərbaycana sərməyə qoyan, burada iş quran Türkiyənin iş adamları eyni zamanda ümumilkdə 300 milyon əhalisi olan bir coğrafiyaya da addımlamaq, orada iş qurmaq imkanları əldə edir. Çünki Azərbaycan Türkiyə ilə MDB ölkələri, o cümlədən Orta Asiyanın türk respublikaları arasında etibarlı bir körpü rolunu oynayır. İş adamları Azərbaycandan o ərazilərə doğru addımlayarkən gömrük və digər sahələrdə müəyyən güzəştlər də əldə etmiş olurlar”.

Mission News Theme by Compete Themes.