BAYRAQDAR MEDİA – “Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Liv Bona Dea Hospital yüz uşağı ödənişsiz müayinə edəcək. “Dostum ol” şüarı ilə keçirilən aksiya autizm və daun sindromlu uşaqları əhatə edəcək”.
Bu barədə BAYRAQDAR MEDİA-ya aksiyanın tərəfdaşlarından olan Türkiyə-Azərbaycan Dostluq, İşbirliyi və Həmrəylik Vəqfindən bildirilib.
Qeyd edilib ki, uşaqlaırn göz və ürək müayinəsi hospital tərəfindən qarşılanacaq: “Tədbir Liv Bona Dea Hospitalın təşəbbüsü, “Türkiyə -Azərbaycan Dostluq, İşbirliyi və Həmrəylik Vəqfi”, ”Qayğı Uşaq Reabilitasiya Mərkəzi”, ”Qafqaz Qadınlar Assosiasiyası” və “Qarabağ” FK-nın tərəfdaşlığı ilə təşkil olunur. Marıtn 16-da keçiriləcək olan tədbirdə Türkiyədən xüsusi olaraq dəvət olunan qonaqlar- Türkiye Cumhuriyeti Cumhurbaşkanlığı Güvenlik ve Dış Politikalar Kurul Üyesi ve TADİV başqanı Prof.Dr.Aygün Attar, İstanbyul Üniversitetinin rektoru Prof. Dr. İlyas Topsakal, Qafqaz Qadınlar Assosiasiyasının prezidenti Emel Yenigün və “Qayğı” Uşaq Reabilitasiya Mərkəzinin rəhbəri Sevinc Abdullayeva çıxış edəcək”.
Məlumatda o da bildirilib ki, cəmiyyətin sosial həyatına dəstək məqsədilə hospitalda bu vaxta qədər bir çox tədbirlər təşkil edilib. Bu tədbirlər çərçivəsində müvafiq olaraq beş yüz nəfərə ürək müayinəsi, üç yüz qadına süd vəzi və mamoqrafiya, yüz nəfərə isə ağciyər müayinəsi tam ödənişsiz həyata keçirilib.