Press "Enter" to skip to content

Torpaq məcralı kanal beton üzlüyə alınıb

Su kanalı

BAYRAQDAR MEDİA – Cəlilabad Suvarma Sistemləri İdarəsi tərəfindən Cəlilabad rayonunda suvarma işləri uğurla davam edir.

Bu barədə BAYRAQDAR MEDİA-ya martın 13-də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov bildirib.

Qeyd edilib ki, bunun üçün artıq bütün hazırlıq işləri yekunlaşıb: “İdarənin balansında 11 min 805 hektar suvarılan torpaq sahəsi vardır ki, ondan 7 min 100 hektar taxıl, 1216 hektar üzüm, 635 hektar yem bitkiləri, 150 hektar pambıq, 240 hektar həyatyanı sahə, 2464 hektar meyvə tərəvəz bostan bitkiləridir. 2022-ci ildə 9354 hektar taxıl, 2472 hektar üzüm, 1613 hektar yem bitkisi, 500 hektar pambıq, 520 hektar həyatyanı sahə, 6732 hektar meyvə-tərəvəz bostan suvarma suyu ilə təmin olunub. Tədbirlər planına uyğun olaraq ötən il kanalların lildən təmizlənməsi normalara uyğun olaraq yerinə yetirilib”.

Məlumata görə, bu ilin əvvəlindən isə mütəmadi olaraq kanallar lildən təmizlənir: “Bu da suvarma mövsümündə yarana biləcək su itkisini minimuma endirir və maneəsiz axınını təmin edir. İdarənin balansında 12 ədəd nasos stansiya var ki, onlardan 10 ədədi dizellə, 2 ədədi elektriklə işləyir. Rayonda suvarma mövsümündə əhəmiyyətli hesab edilən vasitələrdən biri də su tutarlarıdır. İdarənin balansında olan 3 ədəd su tutarlarında suvarma mövsümü üçün kifayət qədər su toplanıb. Bunlardan Göytəpə su anbarının su tutumu 4.2 mln kub metr, suvarılan sahə 700 hektardır. İncəçay 7 mln, Cəfərxanlı su anbarının isə 2.2 mln su tutumu var ki, hər iki anbar 1000 hektar sahəyə xidmət edir. Ötən il əsaslı təmir planı çərçivəsində Muğan torpaq məcralı kanalda betonlama işləri aparılıb. 2023-cü ildə isə işlərin davamı olaraq 660 metr məsafənin beton üzlüyə alınması nəzərdə tutulub. Bununla da kanalın xidməti ərazisində yerləşən taxıl sahələrinə suvarma suyunun itkisiz olaraq çatdırılması təmin olunub”.

Qeyd edilib ki, ötən il Cəlilabad Suvarma Sistemləri İdarəsi tərəfindən ümumilikdə kanallarda 547 min.kbm lildən təmizləmə işləri aparılıb. 2023-cü ildə də 544 min.kbm lildən təmizləmə işləri nəzərdə tutulub.

Mission News Theme by Compete Themes.