Press "Enter" to skip to content

“Qobustan mənzərələri”

Tədbir iştirakçılarının xatirə fotosu

Son yeniləmə: 13 Mart 2023 12:33

BAYRAQDAR MEDİA – “Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Vətənpərvərlik etüdləri” layihəsi çərçivəsində “Qobustan mənzərələri” adlı etüd keçirlib”.

Bunu BAYRAQDAR MEDİA-ya açıqlamasında Rəssamlar İttifaqının üzvi Elnurə İsgəndərova məlumat verib.

Bildirilib ki, E.İsgəndərovanın rəhbərlik etdiyi layihə çərçivəsində bir qrup rəssam Azərbaycan tarixinin özünəməxsusluğunu özündə yaşadan Qobustan abidələrinin mühafizə edildiyi Qobustan Milli Tarix – Bədii Qoruğuna səfər edib: “Səfər zamanı rəssamlar tarixi abidələrlə yerində tanış oldular. Qobustan Milli Tarix – Bədii Qoruğunun direktoru Vüqar İsayev qonaqlara qoruğun yaranması, inkişaf tarixi, burada qorunan tarixi abidələr haqqında ətraflı məlumat verdi”.

Daha sonra etüd rəhbəri Aygün İsgəndərovanın təşkilatçılığı ilə rəssamlar Qobustan abidələrinin etüdlərini işləyiblər.

E.İsgəndərova onu da deyib ki, bu səfər YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyevin və Qobustan Milli Tarix – Bədii Qoruğunun direktoru Vüqar İsayevin təşkilatçılığı ilə gerçəkləşib: “Qeyd edim ki, Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan “Vətənpərvərlik etüdləri” il ərzində davam edəcək və sonda bütün əsərlər YAP Yasamal rayon təşkilatının inzibati binasında sərgilənəcək”.

Mission News Theme by Compete Themes.