BAYRAQDAR MEDİA – Martın 13-də qardaş Qırğızıstanın dövlət katibi Süyünbek Kasmambetov Azərbaycanın bu ölkədəki səfiri Lətif Qəndilovu qəbul edib.
Xəbəri BAYRAQDAR MEDİA-ya Qırğızıstan Prezidentinin Administrasiyasından veriblər.
Görüşdə tərəflər Qırğızıstan və Azərbaycan arasındakı ikitərəfli mədəni-humanitar münasibətləri müzakirə edib.
Eyni zamanda iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi işığında ortaq çalışmalarla bağlı da fikir mübadiləsi aparılıb.