Press "Enter" to skip to content

“O olmasın, bu olsun” musiqili komediyası gəlir

Tamaşanın afişası

BAYRAQDAR MEDİA – Martın 18-də Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəyli yaradıcılığının ən populyar nümunələrindən biri olan “O olmasın, bu olsun” musiqili komediyası nümayiş olunacaq.

Bu haqda sözügedən teatrdan xəbər verilib.

Xəbərdə bildirilib ki, “Teatr “O olmasın, bu olsun” əsərini 2006-cı ildə peşəkar vokalçıların ifasında səhnəyə qoyub. Böyük uğur qazanan musiqili komediyada bu dəfə əsas rollarda Xalq artistləri Azər Zeynalov (Məşədi İbad), Əkrəm Poladov (Rüstəm bəy), Əməkdar artist Ramil Qasımov (Sərvər), teatrın solisti Günel Hacıyeva (Gülnaz) və başqaları ifa edəcək”.

Qeyd edək ki, nümayişi saat 19:00-da başlayacaq tamaşanın dirijoru Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, quruluşçu rejissoru isə Əməkdar incəsənət xadimi Hafiz Quliyevdir.

Mission News Theme by Compete Themes.