BAYRAQDAR MEDİA – Martın 12-də Passage 1901 ünvanında Novruz Bayramı ilə əlaqədar olaraq “Bahar sərgisi” keçirilib.
Sərgidə müxtəlif əl işləri, master-klasslar təqdim olunub. Eləcə də Kosa, Keçəl və Bahar qız uşaqlarla müxtəlif növ oyunlar təşkil edərək onları şənləndirib.
Sərgi iştirakçılarından Xəyalə Kərimova öz əl işləri ilə bağlı BAYRAQDAR MEDİA-ya məlumat verib: “Belə sərgiyə ilk dəfədir qatılıram. Sərgiyə gündəlik çantalar, ziyafət çantaları və saç aksesuarlarından ibarət əl işlərimi təqdim etmişəm”.
Qeyd edək ki, sərgi saat 22:00-dək davam edib.