BAYRAQDAR MEDİA – Türkiyənin iş adamlarının, aparıcı şirkətlərinin Azərbaycana investisiya qoyması istiqamətində işlər davam edir. Bu istiqamətdə növbəti addım isə ötən həftə atılıb.
Bakıda MÜSİAD Seydibey başqanı Yasir Dumlupınar və MÜSİAD-Azərbaycanın üzvü Rəşad Səfərlinin ortaqlığı ilə Bakıda “Green Box Café”, həmçinin, “NFT Panel, PKS Doors və AzThermoKing” markalarının şöbələri açılıb.
Açılış mərasimləri Türkiyənin Azərbaycandakı səfiri Dos. Dr. Cahit Bağcı, MÜSİAD-Azərbaycanın İdarə Heyətinin sədri Rəşad Cabirli, o cümlədən MÜSİAD-Azərbaycan və Gənç MÜSİAD Azərbaycanın üzvləri, rəsmi və özəl sektorun təmsilçilərinin iştirakı ilə gerçəkləşib.
Mərasimdə qeyd edilib ki, 2021-ci ildə MÜSİAD, MÜSİAD-Azərbaycan, Azərbaycan İqtisadiyyat Nazirliyi və KOBİA-nın əməkdaşlığı, 35 ölkədən 550 iş adamının iştirakı ilə Bakıda keçirilən IBF (İnternational Business Form) öz müsbət nəticəsini verir. Məhz həmin təbdir çərçivəsində qurulan əməkdaşlıqlar, irəli sürülən təkliflər nəticəsində Azərbaycana Türkiyədən olan iş adamlaırnın investisiya qoymasında yeni mərhələ başlayıb.