Son yeniləmə: 13 Mart 2023 14:35
BAYRAQDAR MEDİA – Təhsilalanlara dəstək təşəbbüsləri çərçivəsində “Unity company” tərəfindən bir neçə şagirdin təhsil xərclərinin qarşılanması həyata keçirilir. Belə ki, şirkət Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı paytaxtdakı 3 məktəbdə müəllim olmaq istəyən abituriyentlərin təhsil ehtiyaclarını qarşılamağı öz üzərinə götürüb.
Bu barədə BAYRAQDAR MEDİA-ya martın 13-də Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Bildiirlib ki, Bakı şəhəri 297 nömrəli tam orta məktəbin II sinif şagirdi Leyla Nəzərova, X sinif şagirdi Güləli Əlişanov, 298 nömrəli tam orta məktəbin X sinif şagirdi Nəzrin Musayeva, 301 nömrəli tam orta məktəbin XI sinif şagirdi Nərgiz Əliyevaya “Unity company”nin təsisçisi Fikrət Əliyev tərəfindən dəstək verilməsi qərara alınıb: “Əgər həmin şagirdlər ödənişli universitetlərə qəbul olarlarsa, onların təhsil xərcləri də “Unity company” tərəfindən qarşılanacaq. Qeyd edək ki, əsas məqsəd müəllim olmaq istəyən şagirdlərə maddi-mənəvi dəstək göstərmək və təhsildə xeyriyyəçilik ənənələrini inkişaf etdirməkdən ibarətdir”.
O da qeyd edilib ki, şagirdlərin mütaliəyə marağının artırılması məqsədilə “Unity company” tərəfindən paytaxt məktəblərinə davamlı olaraq müxtəlif mövzularda kitablar hədiyyə edilir.