Press "Enter" to skip to content

Kitab tanıtma: Həyat hekayələrindən ibarət “Qarabağın göz yaşları”

Kitabın üz qabığı

BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasında qorunan qiymətli nəşrlər sırasında müəllifi Kamalə Qəhrəmanova olan “Qarabağın göz yaşları” kitabı da var.

Kitab ilk səhifəsində “Həyat hekayələri oxunmayanlara” sözləri ilə xitab edir.

Kitabda “Qəlbimin rəsmi”, “Həyat dərsi”, “Darıxdığım səs”, “Bir üzüyün xatirəsi”, “Dibçəyə sığan həsrət”, “Ad günü”, “Bir güllənin hekayəsi”, “Qoparılmış çiçəklər”, “Bir cüt ayaqqabı”, “Bir kasa şorba”, “Ümid”, “Sükunətin hıçqırığı” kimi başlıqlarla müharibə mövzulu müxtəlif həyat hekayələri təqdim olunur. Nəşr “Həyatlarına bir deyil, on adamın hekayəsini sığdıran vaxtından tez böyümüş uşaqlar…” ifadəsi ilə müharibə görmüş uşaqların hekayələrindən bəhs edir.

Kitabda həmçinin “Bu dünyada hər bir insanın öz hekayəsi var. Bəzilərininki ağrılı-acılı, digərlərininki isə şad-xürrəm. Bəzilərininki qısa, bəzilərininki uzun… Bəzilərininki həyəcanlı, bəzilərininki anlamsız. Bəzilərininki qürurverici, bəzilərininki utancverici. Bəzilərinin hekayəsi isə heç oxunmur” kimi sözlərlə müharibə şahidi olmuş uşaqların həyatındakı qara günləri təsvir edir.

Qeyd edək ki, kitabın korrektoru Əyyar Tahirdir. Nəşrin mətn dizaynı Aytac Abdul, qapaq dizaynı isə Rafael Qasıma məxsusdur.

Mission News Theme by Compete Themes.