Son yeniləmə: 13 Mart 2023 16:45
BAYRAQDAR MEDİA – İraq Türkmən Cəbhəsindən verilən yazılı açıqlamada İTC sədri Hasan Turanın Bağdadda keçirilən Dövlət İdarəetmə Koalisiyasının toplantısına qatıldığı bildirilib.
Bu barədə TürkmeneliTV məlmat yayıb.
Bildirilib ki, ölkədə baş verən son hadisələrlə yanaşı, büdcə layihəsinin müzakirə olunduğu toplantıda prezident Əbdüllətif Rəşit, baş nazir Muhammet Şiya Es-Sudani və siyasi liderlər iştirak edib.
İclasda H.Turanın baş nazirlə İTC Təhlükəsizlik Departamentinin keçmiş rəisi Əhməd Tahirin öldürülməsini müzakirə etdiyi də bildirilib.
Baş nazirin sui-qəsdlə bağlı “Məsələni yaxından izləyirəm, araşdırma aparan müvafiq təhlükəsizlik qrupu nəticə çıxarsa, lazımi məlumatları ictimaiyyətlə paylaşacağıq” dediyi də qeyd edilib.