Press "Enter" to skip to content

Denizli valisindən inanlmaz fədakarlıq

Ali Fuat Atik və Fulya Öztürk

Ali Fuat Atik xərçəng xəstəliyindən müalicə olunmasına baxmayaraq zəlzələ bölgəsində vəzifəsini davam etdirir

BAYRAQDAR MEDİA – Kahramanmaraş zəlzələsindən sonra Hataya coordinator vali təyin edilən Denizli valisi Ali Fuat Atik inanılmaz fədakarlıq göstərir. O, bağırsaq xərçəngi diaqnozu qoyulduqdan sonra kimyaterapiya almasına baxmayaraq vəzifəsini davam etdirir.

A.F.Atikin həkimlər tərəfidnən edilən bütün xəbərdarlıqlara baxmayaraq “getməyəcəyəm” deyərək vəzifəsini davam etdirdiyi öyrənilib.

CNN Türk-dən Fulya Öztürk bununla bağlı sosial media hesabından paylaşım edib.

Paylaşımda deyilir: “Get deyirlər, getmirəm deyir. Fotodakı şəxs Denizli valsi Ali Fuat Atikdir. Xərçəng xəstəsidir. Zəlzələyə qədər kimsə bilmirmiş. Vali Hataya koorinator vali olaraq təyin edilir. Hər şey ortaya çıxır. Boynuna taxdığı kemoterapiya şüşəsi ilə fəaliyyətini davam etdirir”.

Mission News Theme by Compete Themes.