Press "Enter" to skip to content

Çinin Rusiyaya yaxınlığı ilə tanınan yeni müdafiə naziri

BAYRAQDAR MEDİA – Martın 12-də Çin administrasiyası general Li Sangfunu ölkənin yeni müdafiə naziri təyin edib. Bu təyinat beynəlxalq aləmdə heç də birməanl qarşılanmayıb.

Kırım Haber Ajansı xəbər verir ki, general Li Sangfu Rusiyaya yaxınlığı ilə tanınır. Hətta ABŞ Rusiya ilə dərin əlaqələrə malik olduğuna görə ona sanksiya tətbiq edib.

Məlumata əsasən, çinli general 2018-ci ildən Rusiyanın əsas silah ixracatçısı olan “Rosoboroneksport”dan döyüş təyyarələri və avadanlıqlar aldığına görə ABŞ-ın sanksiyalarına məruz qalanlar arasındadır.

Ekspertlərin fikrincə, Rusiya ilə əməkdaşlığa görə ABŞ-ın sanksiyalarına məruz qalan generalın belə yüksək posta təyin olunması Moskva ilə əməkdaşlığın davam etdirilməsi və Vaşinqtonla münasibətlərin soyuması demək olardı.

Mission News Theme by Compete Themes.