Son yeniləmə: 13 Mart 2023 10:47
Dos. Dr. Esma Özdaşlı MHP-dən millət vəkilliyinə namizəd olmaq üçün ilk addımı atıb
BAYRAQDAR MEDİA – Məlum olduğu kimi, mayın 14-də qardaş Türkiyədə Cümhurbaşqanlığı və parlament seçkiləri keçiriləcək. Artıq seçkilərlə bağlı mühüm mərhələ də başlayıb.
Söhbət siyasi partiyalarda deputatlığa namizədlərin namizədliyi üçün müraciətlərdən gedir. Məlumat üçün bildirək ki, qardaş ölkədə hər hansı partiyadan namizəd olmaq üçün də namizədlik (aday adaylığı) irəli sürülür. Müəyyən prosesdən sonra namizədlikləri təsdiqlənənlər partiyanın millət vəkilliyinə namizədi kimi Yüksek Seçim Kuruluna müvafiq sənədlərlə müraciət edirlər.
Əldə etdiyimiz məlumata görə, MHP-dən aday adaylığını irəli sürənlər arasında Azərbaycanın, o cümlədən BAYRAQDAR MEDİA-nın yaxın dostu, Burdur Mehmet Akif Ersoy Universitetinin müəllimi Dos. Dr. Esma Özdaşlı da var.
Öz növbəsində BAYRAQDAR MEDİA-ya açıqlamasında bu xəbəri təsdiqləyən Esma xanım artıq MHP Buldur İl Təşkilatının müvafiq müraciəti etdiyini deyib.
Biz də Esma xanıma uğurlar arzu edirik.