Son yeniləmə: 13 Mart 2023 16:22
BAYRAQDAR MEDİA – “Avropada yaşan bütün türkləri Güney Azərbaycanın “Azadlıq və ədalət yürüşünə” çağırırıq!”
Bu çağırış haqqında xəbər verdiyimiz “Azadlıq və ədalət yürüşü” təşəbbüskarlarının növbəti çağırışındandır.
“Bilindiyi kimi, 25 mart 2023 şənbə günü Brüssel şəhərində Güney Azərbaycan türklərinin “Azadlıq və ədalət yürüşü” adlı böyük mitinqi həyata keçiriləcək. Bu mitinqdə Güney Azərbaycan türklərinin faşist və irqçi İran rejiminə qarşı mücadiləsinin haqq səsi bütün azad dünya ictimaiyyətinə çatdırılacaq”, – deyə çağırışda bildirilir.
Daha sonra qeyd edilir ki, “mitinqdə özəlliklə də çürümüş və fəsada boğulmuş İran rejiminin son aylarda ortaya çıxan etirazları qanla basdırmasına etiraz ediləcək və dünyaya duyurulacaq. Çünki İran rejiminin son aylarda qətl etdiyi 500-dən çox etirazçının böyük qismi türklərdən ibarətdir. İranda məhbus olan bütün zülm altındakı millətlər ayağa qalxmışkən, təbii ki Güney Azərbaycan türklərinin də səsi ən yüksək səviyyədə dünyaya çatdırılmalıdır”.
Çağırış müəllifləri, “biz Güney Azərbaycan türkləri olaraq belə bir gündə Quzey Azərbaycan, Türkiyə və bütün türk dünyasından olub Avropada yaşayan soydaşlarımızı da yanımızda görmək istəyirik və onları bizə dəstək verməyə dəvət edirik” deyir.
“Bu gün bütün türklərin İran-fars faşizminin qarşısında tək vücud olduğunu göstərmək günüdür. Bütün türk dünyasının vahid ruh və bədən olduğunu bütün dünya bir daha görsün”, – deyə çağırışda qeyd edilir.
Çağırış, “Yaşasın Azərbaycan!”, “Yaşasın türk dünyası!”, “Azadlıq, Ədalət, Milli Hökumət!” şüarları ilə bitir.