Son yeniləmə: 13 Mart 2023 11:55
BAYARQDAR MEDİA – “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilən içməli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin artırılması ilə bağlı Azərbaycan Respublikası Tarif (qiymət) Şurasına müraciət edilməyib və belə bir müraciət nəzərdə tutulmur.
Bu barədə BAYRAQDAR MEDİA-ya martın 13-də “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, hazırda içməli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tarifləri Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 30 yanvar 2021-ci il tarixli 5 nömrəli qərarı ilə tənzimlənir.