Son yeniləmə: 10 Mart 2023 15:40
BAYRAQDAR MEDİA – Fevralın 6-da Türkiyədə baş verən dəhşətli zəlzələdn zərər çəkənlərə yardımlar davam edir. Bu arada Erzurumda fəaliyyət gösətərən Atatürk Universiteti də maraqlı addım atıb.
Karsmanşet.com xəbər verir ki, universitetin Sosial Elmlər Peşə Məktəbi Uşaq İnkişafı Bölməsinin alim və tələbələri tərəfindən bu şəhərdə müvəqqətti məskunlaşmış zəlzələ bölgəsindən olan uşaqlar üçün oyun otağı qurub.
Məlumata əsasən, Oğuzhan Yaşar KYK yataqxanalarına yerləşdirilən zəlzələdən zərər çəkmiş ailələrin uşaqlarının həm psixoloji sarsıntılarını atması, həm də sərbəst oynaması üçün yataqxana binasında oyun otağı açılıb.ə
Müxtəlif yaş qrupları üçün oyuncaqlar və maarifləndirici materiallarla təchiz edilən oyun otağı xüsusi dizynla hazırlanıb.
Oyun otağının açılışında çıxış edən Atatürk Universitetinin rektor yardımçısı Prof. Dr. Ayşe Bayrakçeken Yurtçan zəlzələnin təsirinin ölkə daxilində hiss olunduğunu, bu vəziyyətin uşaqlar üçün daha çətin olduğunu deyib. O, bu cür layihələrlə zəlzələ bölgəsindən gələn uşaqlara dsətək olduqlaırnı deyib. Prof. Dr. Ayşe Bayrakçeken Yurtçan Atatürk Universitetinin rektoru Prof. Dr. Başda Ömər Çomaklı olmaqla əməyi keçən hər kəsə təşəkkür edib.
Qeyd edilib ki, çoxlu qonaqların iştirakı ilə açılan oyun otağı uşaqların istifadəsinə həmişə açıq qalacaq. Bundan əlavə, oyun otağında uşaq inkişafı şöbəsinin tələbələri hər həftə təşkil edəcəkləri müxtəlif tədbirlərlə zəlzələdən zərərçəkənlərlə ünsiyyətdə olacaqlar.