Press "Enter" to skip to content

Rayonlar üzrə pensiyalar martın 15-də ödəniləcək

Dövlət Sosial Müdafiə Fondu

BAYRAQDAR MEDİA – Respublikanın rayonları üzrə pensiyaların ödənilməsi mart ayının 15-i tarixinə nəzərdə tutulub.

Bu barədə BAYRAQDAR MEDİA-ya martın 10-da Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Bildirilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.

Xatırladaq ki, martın 7-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyalar ödənilmişdir.

Mission News Theme by Compete Themes.