BAYRAQDAR MEDİA – Martın 12-də Opera və Balet Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin iki pərdəli “Leyli və Məcnun” operası nümayiş olunacaq.
Bu haqda sözügedən Teatrın paylaşımında deyilir.
Xəbərdə bildirilib ki, “saat 19:00-da başlayacaq tamaşanın dirijoru Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, əsas rolları ifa edənlər isə Əməkdar artistlər Rəvanə Əmiraslanlı, Elnur Zeynalov, Təyyar Bayramov, Cahangir Qurbanov və başqalarıdır”.
Qeyd edək ki, müsəlman Şərqində ilk opera sayılan “Leyli və Məcnun” dahi bəstəkar Üzeyir Hacıbəyli tərəfindən 1908-ci ildə qələmə alınıb. Opera elə həmin ilin yanvarında ilk dəfə səhnəyə qoyulub. Dahi bəstəkarın bu əsəri 115 ildir ki, teatr səhnəsində nümayiş olunur.