BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasında yer alan dəyərli əsərlər arasında daha biri ictimai xadim Sadıq Murtuzayevin “İnsan amili – həyat və zaman” kitabıdır.
Kitabda “İdeal insan və bütöv şəxsiyyət axtarışında”, “İnsanın insan üzərində hökmranlığı”, “Hökmdarlar və rəhbərlər insanlıq müstəvisində”, “Müdrik və baməzə şəxslərlə bağlı maraqlı əhvalatlar”, “Tanrının Həzrəti Musa, Həzrəti İsa və Həzrəti Məhəmmədə nazil etdiyi müqəddəs kitablarda insan amili”, “Çin və Hindistan xalqarının Peyğəmbəri hesab olunan Konfutsi və Buddanın təlimində insan amili” və s. başlıqlarda insan məfhumunun mahiyyəti haqqında məlumat verilib.
Müəllif kitabda Hüseyn Cavidin “Cümlə xəyanətlərə bais, hər kəsə xain olan insan nədir? – İblis” deyərək bəşər övladını lənətlədiyini, Səməd Vurğunun “Yazıqdır dünyanın əşrəfi insan” deyərək onu aləmin yaraşığı adlandırdığını, Həzrəti Əlinin “İnsanın daxilində İblis xisləti də vardır, mələk xisləti də” deyərək onun ikili təbiətə malik olduğunu bildirən fikirlərə də yer verib.
Qeyd edək ki, kitabın redaktoru professor Rafiq Əliyev, məsul şəxslər N.Quliyeva və İ.İsmayılova, kompyuter dizaynına məsul şəxs isə A.Ramazanovadır.