Press "Enter" to skip to content

İranda insanların yoxa çıxması adi haldır

Behnuş Bəhraminiya

BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, Azərbaycan vətəndaşı Fərid Səfərli adlı şəxs İranda yoxa çıxıb. Lakin bu, heç də yeganə belə hal deyil. İranda əcnəbilərin yoxa çıxması fars-molla rejiminin adi – gündəlik fəaliyyət tərzindən qaynaqlanır.

Azərbaycan vətəndaşı İranda yoxa çıxıb

Azad İran Telegram kanalı martın 10-da xəbər yayıb ki, daha bir əcnəbi vətəndaş, İran əsilli olsa da Kanadada yaşayan şəxs il yarımdır ki, yoxa çıxıb və harda olması haqqında məlumat yoxdur.

Bu, Behnuş Bəhraminiya adlı bir xanımdır. O, 6 noyabr 2021-ci ildə Tehrana gedib, lakin Xomeyni adına hava limanı polisi onu noyabrın 9-da gördüyünü deyir.

34 yaşlı iranlı-kanadalı qadının valideynləri onun İranda həbs olunduğunu düşünür.

Kanadanın “Global news” xəbər ajansı Behnuşun atası Əmir Bahraminiyaya istinadən xəbər verir ki, qız bir il yarım öncə həyat yoldaşı ilə birlikdə İrana səfər edib və o vaxtdan bəri onun haqqında heç bir məlumat yoxdur.

Canadian woman missing in Iran and her family believes she’s been detained

Behnuşun ailəsi kimliklərini açıqlamayan iki mənbəyə istinadən bildirir ki, qızları “milli təhlükəsizliyə qarşı təhdid” ittihamı ilə İranda həbsxanadadır.

Mission News Theme by Compete Themes.