Press "Enter" to skip to content

Dövlət Miqrasiya Xidmətində qanvermə aksiyası

Aksiya zamanı

BAYRAQDAR MEDİADövlət Miqrasiya Xidmətinin yaradılmasının 16-cı ildönümü və miqrasiya orqanları işçilərinin peşə bayramı ərəfəsində ənənəvi qanvermə aksiyası keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya martın 10-da qurumun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qanvermə aksiyasında Xidmətin 70-ə yaxın əməkdaşı iştirak edib.

Məlumata əsasən, talassemiya və hemofiliyadan əziyyət çəkən xəstələrə, xüsusilə uşaqlara yardım məqsədilə keçirilən aksiya – Xidmətlə Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankının (Mərkəzi Qan Bankı) birgə təşkilatçılığı ilə reallaşdırılıb.

Mission News Theme by Compete Themes.