Son yeniləmə: 10 Mart 2023 15:30
BAYRAQDAR MEDİA – Bakı Dövlət Sirkinin yaxınlığında baş verən hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları əraziyə cəlb edilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya martın 10-da TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, hadisə ilə əlaqədar əlavə məlumat veriləcək.
Öz növbəsində AZƏRTAC xəbər verib ki, paytaxtın Nəsimi rayonunda 3 nəfərin odlu silahdan açılan atəşdən yaralanması ilə bağlı polisə məlumat daxil olub.
TƏBİB-dən verilən yeni xəbərə görə, hadisə nəticəsində xəsarət alan TƏBİB-in tabeliyindəki Klinik Tibbi Mərkəzin Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Hazırda onlara zəruri tibbi xidmətlər göstərilir.