Press "Enter" to skip to content

B2G forumu keçirilib

Forum zamanı

Son yeniləmə: 10 Mart 2023 15:13

BAYRAQDAR MEDİAİqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və “Caspian Energy Club”un birgə təşkilatçılığı ilə B2G (Biznesdən Dövlətə) forumu keçirilib. Dövlət və özəl şirkətlərin120-dən çox nümayəndəsininqatıldığı forumda Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli iştirak edib.

Bu barədə BAYRAQDAR MEDİA-ya martın 10-da Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, Dövlət Xidmətinin rəisi iştirakçıları qurumunfəaliyyət istiqamətləri barədə məlumatlandırıb: “Qeyd edilib ki, ölkədə rəqabət mühitinin təmin olunması, dövlət satınalmaları sahəsində şəffaflığın artırılması, keyfiyyət infrastrukturunun təkmilləşdirilməsi və istehlakçı hüquqlarının qorunması sahəsində əhəmiyyətli işlər görülüb, geniş maarifləndirmə işləri aparılıb. Azərbaycanda yeni Rəqabət Məcəlləsinin layihəsinin hazırlandığıgörüş iştirakçılarının diqqətinə çatdırılıb”.

Məlumata əsasən, “Caspian Energy Club”un sədri və qrupun baş icraçı direktoru Telman Əliyev Məmməd Abbasbəyliyə klubun fəxri üzvü sertifikatını təqdim edərək dövlət qurumu ilə klub arasında açıq dialoq və əməkdaşlığın genişləndirilməsində yaradılan imkana görətəşəkkürünü bildirib: “Tədbirdə iştirakçılarıntəklifləri dinlənilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb. Sonda “Caspian Energy Club”a yeni üzv olan şirkətlərin nümayəndələrinə sertifikatlar təqdim edilib”.

Mission News Theme by Compete Themes.