Press "Enter" to skip to content

Tələbələr üçün Nar şəbəkəsində təcrübə proqramı

Son yeniləmə: 9 Mart 2023 16:12

BAYRAQDAR MEDİA – Azərbaycanın mobil rabitə sahəsində yerli kadrların yetişdirilməsi məqsədilə “Nar” İT ixtisası üzrə təhsil alan tələbələr üçün təcrübə proqramına başlayıb. Proqrama seçilən tələbələr “Nar”ın mobil rabitə şəbəkəsinə nəzarət edən peşəkar texniki heyətlə birgə çalışmaq və karyeralarını artıq indidən qurmaq imkanı əldə edir.

BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, may ayının sonunadək davam edəcək proqram çərçivəsində 27 tələbə Şəbəkə texnologiyaları departamentində təcrübə keçir: “Bu tələbələr Azərbaycan Texniki Universitetinin (AzTU) İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsində təhsil alırlar. Qeyd edək ki, korporativ sosial məsuliyyət siyasətinin təhsilə dəstək istiqamətinə uyğun olaraq, “Nar” AzTU ilə uzunmüddətli əməkdaşlıq qurub. Əməkdaşlıq çərçivəsində universitetdə “Nar” GSM laboratoriyası fəaliyyət göstərir, “Nar”ın texniki heyəti mobil rabitənin əsasları barədə təlimlər keçir və AzTU tələbələri təcrübə proqramlarına cəlb edilir”.

Mission News Theme by Compete Themes.