BAYRAQDAR MEDİA – Art Ankara tərəfindən 9-12 Mart 2023-cü il tarixləri arasında paytaxt Ankarada 9-cu Müasir İncəsənət Sərgisi keçirilir. Martın 8-də isə sərginin rəsmi açılış mərasimi olub.
Kırım Haber Ajansının məlumatına görə, “ATO Congresium”da keçirilən açılış mərasiminə bir çox məşhur sənətçilər, aktyorlar və diplomatlar qatılıb.
Həmçinin, ukraynalı rəssamlar rəsm, fotoşəkil və maraqlı sənət əsərləri ilə tədbirdə öz yerlərini tutublar.
Qeyd edilib ki, müharibə və sənət izlərini daşıyan Ukrayna stendinə iştirakçılar böyük maraq göstəriblər: “Ukraynanın Ankaradakı səfiri Vasil Bodnar və xanımı Katerina Bodnar ukraynalı rəssamların əsərlərinin nümayiş olunduğu stendə baş çəkiblər. Ukrayna rəssamları ilə görüşən səfir Bodnar sənət əsərlərinə görə minnətdarlığını bildirib”.
Öz növbəsində ukraynalı sənətçilər Vasil Bodnar və həyat yoldaşı Katerina Bodnarla xatirə şəkli çəkdiriblər.
Bodnar “Sənət və elm yaxşılıq gətirəcək. Ukrayna deyiləndə ağla müharibə gəlir, amma ukraynalı sənətçilərimiz də mədəniyyətimizi əks etdirirlər”, – deyə bildirib.
Fransanın Ankaradakı səfiri Herve Megro da Ukrayna stendini ziyarət edib. H.Meqro stend haqqında həmkarı V.Bodnardan məlumat alıb.
Daha sonra saat 18.00-da Art Ankara Müasir İncəsənət Sərgisinin qurucusu Bilgin Aygül açılış nitqi ilə çıxış edib.