Son yeniləmə: 9 Mart 2023 13:42
BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə əhaliyə təqdim olunan elektron xidmətlərə 2023-cü ilin iki ayı ərzində 838,4 min müraciət qeydə alınıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya martın 9-da nazirlikdən məlumat verilib.
Bildirilib ki, həmin dövrdə Nazirliyin fəaliyyət sahələri üzrə 86,1 min e-arayış verilib, 7,1 min pensiya, 10,8 min müavinət, təqaüd, 264 birdəfəlik ödəmə təyinatı e-sistem üzərindən, proaktiv qaydada aparılıb.
Yanvar-fevral aylarında e-qaydada 62 min fərdi şəxsi hesab da açılıb.