Press "Enter" to skip to content

Naxçıvanda obyektlərin 50 faizindən çoxunda yeni nəsil NKA quraşdırılıb

Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti

Son yeniləmə: 9 Mart 2023 13:15

BAYRAQDAR MEDİA – Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti tərəfindən muxtar respublikada yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.

Bu barədə BAYRAQDAR MEDİA-ya İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.

Bildirilib ki, 2023-cü il yanvarın 1-nə muxtar respublikada quraşdırılmış yeni nəsil NKA-ların sayı 73 ədəd olduğu halda, cari ilin 2 ayında 13 dəfədən çox artaraq 980 ədəd təşkil edib: “İlin əvvəlində ümumilikdə obyektlərin 3,8 faizində yeni kassa aparatları quraşdırılmışdısa, martın 1-nə bu rəqəm 50,6 faiz təşkil edib. Yeni nəsil NKA-nın tətbiqi hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb”.

Mission News Theme by Compete Themes.