Press "Enter" to skip to content

İşğalçıların daha bir cinayətkar əməli

İsgəndər Abdulqaniyev

Son yeniləmə: 9 Mart 2023 12:07

BAYRAQDAR MEDİA – İşğalçı Rusiya tərəfindən qanunsuz olaraq saxlanılan Krım tatar siyasi məhbusu İsgəndər Abdulqaniyev Rusiyanın Vladimir şəhərindəki həbsxanada Rusiya vətəndaşlığını qəbul etməyə məcbur olub.

Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.

Məlumata əsasən, vəkil Alan Kaçmazov Vladimir Mərkəzi Həbsxanasında İskəndər Abdulqaniyevə baş çəkib.

A.Kaçmazov Krım Həmrəyliyinə verdiyi açıqlamada belə deyib: “Krım tatar siyasi məhbusları Rusiya vətəndaşlığını almağa məcbur edilərək kimsəsizlər evinə köçürülüb”.

Sözügedən binada bir müddətdir təmir işləri aparıldığı üçün istilik sisteminin işləmədiyi öyrənilib.

Bundan əlavə, iki aya yaxındır ki, bu binada İ.Abdulqaniyevdən başqa daha 7 nəfərin saxlanıldığı öyrənilib.

Mission News Theme by Compete Themes.