Press "Enter" to skip to content

Ersin Tatardan Bafla bağlı müraciət

Ersin Tatar

Son yeniləmə: 9 Mart 2023 16:01

BAYRAQDAR MEDİAKuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Cümhurbaşqanı Ersin Tatar 9 Mart – Baf Müqavimət və Şəhidlər Günü münasibəti ilə müraciət yayımlayıb.

KKTC Cümhurbaşqanlıöından verilən məlumata görə, müraciətdə “Faşist terror təşkilatı EOKA-nın Enosis hədəfi ilə 21 dekabr 1963-cü ildə başlatdığı Qanlı Milad hücumlarında Kıbrıs türk xalqı qətlə yetirilərkən, başda Lefkoşa bölgəsi olmaqla adanın bütün türk bölgələri ağır hücumlara məruz qalmışdı. Rum rəhbərliyinin məqsədi türk müqavimətini qırmaq və Kıbrısı yYunan adasına çevirmək idi. Ağır hücumlara məruz qalan bölgələrdən biri də Bafın türk bölgəsi və türk kəndləri olub” deyilir.

Müraciətdə həmçinin “Həmişə vurğuladığım kimi, biz Kıbrısda ədalətli və davamlı razılaşmanın tərəfdarıyıq. Bu razılaşmaya gedən yol federal əsaslara söykənən, həyata keçirilə bilməyən həll yolu deyil, iki ayrı suveren bərabər dövlətin mövcudluğuna əsaslanan həll təklifimizdir. Bilinməlidir ki, Kıbrıs türkləri öz suverenliklərindən, dövlətlərindən və azadlıqlarından heç vaxt əl çəkməyəcək, Türkiyə Cümhuriyyəti ilə əlaqələrimiz hər cür şəraitdə güclənməyə davam edəcək və bunun aradan qaldırılması üçün hər cür səy lazımi cavabı tapacaqdır” deyə vurğulanıb.

Mission News Theme by Compete Themes.