Son yeniləmə: 9 Mart 2023 10:44
BAYRAQDAR MEDİA – Martın 9-da Dövlət Kukla Teatrında Abdulla Şaiqin “Gözəl Bahar” pyesinin motivləri əsasında “Bahar” adlı uşaq tamaşasının premyerası olacaq.
Bu haqda sözügedən teatrın paylaşımında deyilir.
Xəbərdə bildirilib ki, “İnklüziv tamaşada həvəskar aktyorlarla yanaşı, əlilliyi olan uşaqlar, həmçinin autizm sindromlu azyaşlılar rol alacaq. Nümayişin tamaşaçıları isə valideyn himayəsindən məhrum uşaqlar və əlilliyi olan şəxslər olacaq. Xeyriyyə aksiyasının sonunda uşaqlara hədiyyələr paylanılacaq”.
Qeyd edək ki, saat 12:00-da başlayacaq tamaşanın quruluşçu rejissoru Saida Haqverdiyava, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı isə Vüqar Camalzadə və Röya Hüseynovadır.