Press "Enter" to skip to content

“Altılı masa” yenə İYİ Parti olmadan toplandı

Toplantı zamanı

Son yeniləmə: 9 Mart 2023 14:05

BAYRAQDAR MEDİA – Bir neçə gün öncə Cümhurbaşqanlığına vahid namizədini müəyyən edən “Altılı masa” İYİ Parti sindromundan xilas ola bilmir. Məsələ burasındadır ki, “Altılı masa”da İYİ Parti böhranı təkcə mərkəzdə deyil, əyalətlərdə də özünü göstərir.

Məsələn, “Altılı masa”nın Denizli şöbəsinin toplantısı beş partiyanın təmsilçisinin iştirakı ilə keçib. Daha doğrusu beş partiyanın təmsilçisi görüş yerinə gəlsə də İYİ Parti Denizli şöbə başqanı Özer Tunçtürk bəzi səbəblərə görə tədbirə onlayn formada qatılıb.

Bu isə Türkiyə mediasının diqqətindən yayınmayıb.

Deda Haber bunu “Denizli’de Altılı Masa bir eksik toplandı!” başlığı ilə verib.

Mission News Theme by Compete Themes.