Press "Enter" to skip to content

Zəlzələ qurbanlarının xatirəsi yad edilib

Cahit Bağcı mərasimdə çıxış edərkən

Son yeniləmə: 7 Mart 2023 11:07

“Qardaş Köməyi” Platforması tərəfindən Bakıda anım proqramı təşkil olunub

BAYRAQDAR MEDİA – Qardaş Türkiyədə fevralın 6-da baş verən dəhşətli zəlzələ nəticəsində 46 mindən çox insan vəfat edib, təbii fəlakət şəhər, qəsəbə və kəndlərdə çoxsaylı dağıntılara yol açıb. Artıq zəlzələdən bir neçə saat sonra Türkiyəyə yardım üçün səfərbər olan Azərbaycan bu gün də qardaş ölkənin yanındadır.

Bu məqsədlə yaradılmış “Qardaş Köməyi” Platforması bu gün də qardaş Türkiyəyə yardımların göndərilməsi üçün uğurla fəaliyyət göstərir.

Ahmet Tecim çıxış edərkən
Ahmet Tecim çıxış edərkən

Martın 6-da isə zəlzələdə həyatını itirənlər üçün “Qardaş Köməyi” Platforması tərəfindən anım proqramı təşkil edilib. Gəncliyə Yardım Fondunun binasında keçirilən proqramda Türkiyənin Azərbaycandakı səfiri Doç. Dr. Cahit Bağcı, “Qardaş Köməyi” Platformasının başqanı Rəşad Cabirli və platformanın nümayəndələri, həmçinin millət vəkilləri, rəsmi şəxslər və ictimai birliklərin nümayəndələri iştirak ediblər.

Anım proqramını giriş sözü ilə Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim açıb. O, Türkiyədə baş verən zəlzələdə həyatını itirmiş insanların xatirəsini rəhmətlə anıb, yaralılara şəfalar diləyib.

Mərasimdə çıxış edən Doç. Dr. Cahit Bağcı Azərbaycanla Türkiyə arasında qardaşlığın sarsılmaz olduğunu deyib. Bu çətin günlərdə qardaşlığın yenidən sınaqdan uğurla çıxdığını deyən diplomat, eyni zamanda “Qardaş Köməyi Platforması”nın bütün üzvlərinə təşəkkürünü bildirib.

Rəşad Cabirli çıxış edərkən
Rəşad Cabirli çıxış edərkən

Mərasimdə çıxış edən “Qardaş Köməyi” Platformasının rəhbəri Rəşad Cabirli Platformanın gördüyü işlərdən danışıb.

Qeyd edək ki, anım proqramı çərçivəsində zəlzələdə həyatını itirmiş insanların ruhlarına Qurani-Kərim tilavəti edilib və dualar edilib.

Mission News Theme by Compete Themes.