Press "Enter" to skip to content

Ukraynada Krım tatar dilinin inkişafı üçün daha bir addım

Krım bayrağı

Son yeniləmə: 7 Mart 2023 13:35

BAYRAQDAR MEDİA – Ukraynada Krım Tatar Dili Milli Toplusunun yaradılması istiqamətində səylər davam edir. Dörd ay ərzində 180-dən çox müəllifin 675 materialı rəyə daxil edilib.

Bu barədə Kırım Haber Ajansı məlumay yaıb.

Məlumata əsasən, Ukraynanın Müvəqqəti İşğal Olunmuş Ərazilərinin Reinteqrasiyası Nazirliyi bununla bağlı sosial mediada açıqlama verib: “4 ay ərzində 675 material toplanıb. Bu, 50 mindən çox səhifədir (40 milyon simvol). Bu materiallara məşhur müəlliflərin əsərləri, qəzetlər, jurnallar, dərsliklər, elmi məqalələr, beynəlxalq hüquq sənədləri daxildir”.

Bildirilib ki, topluda ən qədim əsər hazırda 13-cü əsrə, ən yenisi isə 21-ci əsrə (2023-cü il) aiddir: “Bura ümumilkdə tarix boyu 4 əlifba ilə yazılmış əsərlərdən nümunələr daxil edilib: Krım-tatar dilində ərəb, müharibədən əvvəlki latın, kiril və müasir latın əlifbası”.

Xatırladaq ki, Ukraynada 2022-2032-ci illər Krım Tatar Dilinin İnkişafı Strategiyası çərçivəsində Krım Tatar Dili Milli Korpusunun yaradılması qərara alınıb: “Krım Tatar Dilinin İnkişafı Strategiyasının məqsədi Ukraynanın yerli əhalisinin dili olan Krım tatar dilini populyarlaşdırmaq və inkişaf etdirməkdir. Krım Tatar Dili Milli Korpusu Krım tatar dilinin davamlı inkişafı, eləcə də fundamental tədqiqatlar üçün zəmin yaratmaq üçün hazırlanır. Layihəni həyata keçirmək və məlumat bazası yaratmaq istəyən hər kəs Krım-tatar mətnlərinin (hekayə, roman, elmi məqalə, ssenari, məktub və s.) surətini bu elektron ünvana göndərə bilər”.

Mission News Theme by Compete Themes.